Odman

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Odman - türk və altay xalq mədəniyyətində kiçik oğul mənasını verir. Otman, Otoman və ya Utman olaraq da deyilir. Ocağın, ev atəşinin davamlılığını təmin edən, evdə qalan uşaq. Nağıllardakı daim müvəffəqiyyətli olan kiçik oğul fiqurudur. Türk mədəniyyətində böyük qardaşlar özlərinə yeni ev açar lakin ən kiçik oğul evdə qalar. Beləcə ocaq atəşinin davamını təmin edər. Osmanlı İmperatorluğunun kurcusu Osman Bəyin gerçək adının Otman olduğunu irəli sürən tarixçilər vardır. Bu adın İslamiyyəti qəbul edən türklərdə səs bənzəməsi ilə Osmana çevrildiyi deyilməkdədir. Hətta məcaz olaraq Səlcuqlu Dövlətinin varisi olduğu və digər bəyliklər içində olduqca kiçik olduğu halda Anadoludakı türk dövlətinin ocağını davam etdirdiyi üçün bu adla uyğun içində olduğu da düşünülə bilər. Həqiqətən də bu ad Avropa qaynaqlarında Ottoman olaraq iştirak edər.

Odtigin / Odçiğin

Odtigin - türk və altay xalq mədəniyyətində və dövlət ənənəsində kiçik şahzadə deməkdir. Odtekin (Odtegin) və Monqolca Odçığın (Odçiğin) olaraq da deyilər. Ocağın, ev atəşinin davamlılığını təmin edən, evdə qalan uşaq fiqurunun xanədan mədəniyyətinə əks olunmasıdır. Nağıllardakı daim müvəffəqiyyətli olan kiçik şahzadədir. Nağıllarda üç qardaşın ən kiçiyi yaxşı, dürüst və müvəffəqiyyətli olar. İlahi bir güc tərəfindən qorunur. Böyük qardaşlar ya adidir ya da mənfi xüsusiyyətləri vardır.

Etimologiya

Od (atəş) və Tigin/Çigin (şahzadə) sözlərindən yaranmışdır. Monqolca "Otgon" kiçik oğlan deməkdir və Odkan/Odhan sözündən gəlir.

Mənbə

Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.