Omoide no Marnie

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Marninin xatirələri
Yapon poster
Janr dram
məhəbbət
Anime
RejissorHiromasa Yonebayasi
SsenaristHiromasa Yonebayasi
BəstəkarTakatsuqu Muramatsu, Priscilla An
StudiyaStudio Ghibli
Vaxt103 dəqiqə
  Anime və manqa portalı

Omoide no Marnie ( 思い出のマーニー; Marninin xatirələri) Hiromasa Yonebayasinin Studio Ghibli studiyasında yaratdiği tam metrajli animasiya filmi. Məzmun Coan Robinsonun «When Marnie Was There» («Marni orada olanda») kitabı əsasinda qurulub. Filmin premyerası 2014-cü ilin iyulun 19-da baş tutub.

Məzmun

On iki yaşlı Anna özünə qapanmış və dostu az olan bir qızdır. Yeganə hobbisi rəssamlıqdır. Orqanizmi zəif olduğundan onu Hokkaydonun kiçik bir şəhərinə yollayırlar. Orada o böyük və zəngin evdə yaşayan Marni ilə tanış olur. Tədricən onlar yaxin dost olurlar. Bu dostluq Annaya özünü və Marninin onun həyatında oynadıği rolu ilə tamaşaçıları tanış etdirəcək.

Musiqisi

Fine on the Outside

"Fine on the Outside" Amerikan musiqiçisi Priscilla Ahn tərəfindən yazılan mahnıdır. O, mahnını 2005-ci ildə yazıb. Marni kimi, o da "gecələri çarpayıda oturub pəncərədən aya baxıb fikirləşirdi, onu sevən varmı...o yox olsa ondan nigaran olan olacaqmı". Lakin mahnı heç bir albomunda reliz olunmadı, çünki sözləri çox səxsi olduğundan başqa mahnıları ilə düz gəlməsi üçün sözlərini dəyişməli olacaq idi. Ghiblinin böyük pərəstişkarı, studiya kitabı ekranizasiya edəcəyini bildikdə orijinal kitabı oxudu, Annada özünü gördü və mahnını Ghibliyə təqdim etdi. Filmin prodüseri Yoşiaki Nişimura Priscilla ilə əlaqə saxlayıb mahnının onun çox xoşuna gəldiyini söylədi. Sonradan mahnı filmin əsas movzüsu kimi seçildi.

Linklər

  • marnie.jp — Omoide no Marnienin rəsmi saytı  (yap.)