Orta beyin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Orta beyin
Orta beyin (qırmızı)
Latınca Mesencephalon
Qrey subyekt 188 800
NeuroNames Burada-445
MeSH Mesencephalon

Orta beyin - lat. mesencephalon üç arxa, yan və ön hissədən ibarətdir. Arxa hissəsinə orta beyin qapağı (dördtəpə) - lat. tectum mesencephali (lamina quadrigemina - BNA), yan hissələrinə - təpəcik qolları - lat. brachia colliculi və ön hissəsinə böyük beyin ayaqcıqları - lat. pedunculi cerebri və dal dəliklənmiş maddə - lat. substantia perforata posterior aiddir. Orta beyin qovuğu boşluğunun qalığını beynin (Silvi) su kəməri - lat. aqueductus cerebri (Silvii) təşkil edir.

Təşkil olunmuşdur

  1. Orta beyin qapağı
  2. Böyük beyin ayaqcıqları
  3. Görmə qabaraltı
  4. Üçüncü mədəcik

İstinadlar

Mənbələr