Osmanbozu kurqanları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Osmanbozu kurqanları1976-cı ildə Şəmkir SES bəndi inşa olunacağı sahədə qeydə alınmış, onlardan altısı arxeoloji qazıntılarla tədqiq olunmuşdur. Torpaq qarışıq daş örtüklü bu kurqanların diametri 10-20 m, hündürlüyü 1-2 m idi. Onlardan üçü ilk tunc dövrünə, biri son tunc dövrünə aid edilir. İki kurqan isə kenotaf tipli olmuşdur. Kurqanaltı qəbirlər düzbucaq biçimli konstruksiyalı olmaqla dromos tipli giriş qapısı ilə təmin olunmuşdu. Qəbir kamerasının divarları ağac tirlərlə möhkəmləndirilmişdi. İlk tunc dövrü kurqanlarında ölüyandırma (kremasiya) və kollektiv dəfn etmə mərasimi qeydə alınmışdır. Qəbir avadanlığı əsasən Kür-Araz mədəniyyəti üçün səciyyəvi saxsı məmulatından ibarət olmuşdur.

Mənbə