Oxşar zantoksilum

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Oxşar zantoksilum
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Ümumi yayılması

Şimali və Mərkəzi Çində rast gəlinir.

Botaniki təsviri

7 m-ə qədər hündürlükdə ağac və ya koldur. Cavan zoğları tüklüdür, tikanları 6–20 mm uzunluqda olub, oturacaqdan 1,5 sm-ə qədər enində yastıdır. Yarpaqları təklələkvari olub, 1,5-5 sm uzunluqda 7-11 yumurtavari və ya uzunsov yumurtavari, dişli yarpaqcığa malikdir. Yarpağın saplağı və yarpaqcıqların orta damarı altdan tikanlıdır. Çiçəkləri 4-6 sm enində qısa salхımlara toplanaraq, qırmızımtıl rəngdədir. İyun-iyul aylarında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr aylarında yetişir.

Ekologiyası

Düzən və dağətəyi zonalarda əkilib becərilir.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqazda təbii halda rast gəlinir. 1869-cı ildən introduksiya edilmişdir.

İstifadəsi

Düzən və dağətəyi ərazilərinyaşıllaşdırilmasında geniş istifadə oluna bilər.

İstinadlar

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.