Pərvanə Zəngəzurlu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Pərvanə Zəngəzurlu
Pərvanə Hüsü qızı Mustafayeva
Təxəllüsü Zəngəzurlu
Doğum tarixi 1958
Doğum yeri
Milliyyəti azərbaycanlı
Atası Hüsü Mustafayev
Təhsili
İxtisası filologiya
Fəaliyyəti müəllimlik, şairlik
Əsərlərinin dili Azərbaycan dili
Janr qoşma
Üzvlüyü
Mükafatları "Aşıq Ələsgər – 200" yubiley medalı

Pərvanə Zəngəzurlu (1958, Acıbac, Qafan rayonu) — Aşıq Pəri Məclisinin sədri, şairə, "Qızıl qələm" media mükafatı laureatı. Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı

Pərvanə Hüsü qızı Mustafayeva (Zəngəzurlu) 1958-ci ildə Qafan rayonunun Acıbac kəndində doğulub.[1] 1980-ci ildə M. Ə. Sabir adına Bakı Pedaqoji Texnikumunu (indiki adı: Azərbaycan Dövlət Pedaqoji Kolleci) bitirib. Təyinatla 25 il Fatmai kənd orta məkdəbində müəllim işləmişdir. Yaradıcılığa gənc yaşlarından başlayıb. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2002-ci ildən Aşıq Pəri Məclisinin, 2003-cü ildən "Məhsəti" məclisinin üzvüdür. 2011-ci ildən Aşıq Pəri Məclisinin rəhbəridir.

Pərvanə Zəngəzurlunun sözlərinə yazılmış, aşıq və müğənnilər tərəfindən oxunan mahnılardan ibarət 6 audio diski işıq üzü görüb.

2013-cü ildə AYB-nin təltif etdiyi prezident təqaüdünə layiq görülüb.

Ailəlidir, 2 övladı var.

Kitabları

  • "Qayıt gəl", "Maarif" nəşriyyatı, Bakı: 2000
  • "Dağlar yuxuma girir", "Maarif" nəşriyyatı, Bakı: 2002.
  • "Zəngəzur həsrəti", "Maarif" nəşriyyatı, Bakı: 2003.
  • "Tanrım, məni başdan yarat", "Maarif" nəşriyyatı, Bakı: 2005.
  • "Lal haraylar", "Nurlan" nəşriyyatı, Bakı: 2005.
  • "Vətən qürbətdə qaldı", "Nurlan" nəşriyyatı, Bakı: 2006
  • "Çoxala-çoxala azalan ömrüm", "Şirvan" nəşriyyatı, Bakı: 2009.
  • "Yarı yolda qoyma məni", "Şirvan" nəşriyyatı, Bakı: 2013.
  • "İslam inciləri", "Şirvan" nəşriyyatı, Bakı: 2013.
  • "Həsrət ilə Zəngəzura baxıram", Bakı, "İmza", 2023, 136 səh. ISBN 978-9952-37-322-7

Mükafatları

İstinadlar

  1. "Malik Balaşov, [[Aşıq Pəri Məclisi]]nin yeni rəhbəri - PƏRVANƏ XANIM ZƏNGƏZURLU"". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-21.