Patrik Andrade

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Patrik Andrade
Ümumi məlumatlar
Doğum tarixi 9 fevral 1993(1993-02-09)[1][2][…] (31 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 190 sm
Çəkisi 86 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub Azərbaycan Qarabağ FK (2020–2022; 2023–)

Patrik Andrade (Erickson Patrick Correia Andrade) — Kabo-Verdeli peşəkar futbolçu. Ağdamın "Qarabağ" futbol klubunun və Kabo-Verde millisinin yarımüdafiəçisi.

Karyera

Futbolçu karyerasına, 2009-cu ildə Kabo-Verdenin "Sportinq Praia" klubunda başlayır.[3]

2013-cu ildə futbolçu Avropaya gələrək Portuqaliyanın "Riberio" klubu ilə müqavilə bağlayır.[4]

Daha sonra, 14 iyul 2014-cu ildə Portuqaliyanın birinci liqasında yarışan "Moreirense" klubuna keçir. 14 yanvar 2015-ci ildə "Nasional" klubuna qarşı oyunda yeni komandasında debüt edir.[5]

Portuqaliyada 5 illik futbol karyerasından sonra, 2018-ci ildə Portuqaliyanı tərk edərək Bolqarıstana gedir. 26 iyun 2018-ci ildə Bolqarıstanın "Çernoe More" klubu ilə mqavilə bağlayır.[6] Yeni klubunun heyətində 30 iyul 2018-ci ildə "Levski Sofiya" ilə oyunda dübüt edir.[7]

28 avqust 2020-ci ildə 150 min avro qarşılığında,[3] Azərbaycanın ən güclu klubu və son 6 ilin çempionu olan "Qarabağ" klubuna transfer olunur.[8][9]

2022-ci ildə, Serbiyanın "Partizan" klubuna keçir.

Milli Komanda Karyerası

1 Oktyabr 2020-ci ildə Kabo-Verde milli komandasına dəvət edilir.[10] 10 Oktyabr 2020-ci ildə Kabo-Verdenin Qvineya milli komandası ilə yoldaşlıq göruşundə meydana çıxıraq milli komandada debut edir.[11] Futbolçunun Kabo-Verde millisində rəmi debütu isə 26 mart 2021-ci il tarixində Kamerun milli komandası ilə göruşdə baş tutur.[12][13]

İstinadlar

  1. Patrick Andrade // Transfermarkt (çd.). 2000.
  2. Patrick Andrade // FBref.com (çd.).
  3. 1 2 "Arxivlənmiş surət". 2021-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  4. "Arxivlənmiş surət". 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  5. "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  6. "Arxivlənmiş surət". 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  7. "Arxivlənmiş surət". 2018-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  8. "Arxivlənmiş surət". 2021-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  9. "Arxivlənmiş surət". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  10. "Arxivlənmiş surət". 2020-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  11. "Arxivlənmiş surət". 2022-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-29.
  12. https://qol.az/news/156911-qarabagin-futbolcusu-kameruna-qarsi-oynadi-qelebe-qazandilar
  13. https://qol.az/news/156991-qarabaga-kecenden-sonra-milliye-cagirildim