Prilep

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Prilep
Прилеп
Bayraq Gerb
Bayraq Gerb
41°20′47″ şm. e. 21°33′15″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 1.194,44 km²
Mərkəzin hündürlüyü 620 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 63.308 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 7500
Nəqliyyat kodu PR
Digər
prilep.gov.mk
Xəritəni göstər/gizlə
Prilep xəritədə
Prilep
Prilep
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Prilep (mak. Прилеп, translit. Prilep) — Şimali Makedoniya Respublikasının cənubunda şəhər və eyniadlı bələdiyyənin inzibati mərkəzi. Şəhər ölkənin böyük şəhərlərindən olan Monastırın yaxınlığında yerləşir.

Coğrafiyası

Makedoniyanın cənubunda yerləşən Prilep, ölkənin inzibati ərazi bölügüsündə Pelagonya bölgəsi sərhədlərinə daxildir.

Tarixi

Prilep, antiq Styberra şəhərinin qalıqları üzərində qurulub. Qurulmasından sonra şəhər Roma İmperiyası dövründə inkişaf etmişdir. 268-ci ildə Qotlar tərəfindən demək olar ki, məhv edilmiş, işğaldan sonra şəhərin yalnız kiçik bir hissəsi qalmışdır.

Osmanlı imperiyası

Şəhər, XIV əsrdə (1385-1395) ətrafındakı yaşayış məntəqələri ilə Osmanlı İmperiyası ərazisinə daxil edilmişdir. Bu dövrdən XX əsrin əvvəllərinə (1912-1913) qədər Osmanlı inzibati ərazisinə aid olmuşdur.

Keçmiş Osmanlı şəhərlərindəndir. Rumeli Türklərin sıx yaşadığı yerlərdən biri idi. Türkiyə Respublikasının qurulduğundan etibarən bölgədəki Türk əhalinin ciddi bir hissəsi Anadoluya xüsusilə Egey Dənizi bölgəsinə köç etmişdir.

Yuqoslaviya krallığı

Osmanlı İmperiyasından sonrakı dövrdə kiçikli-böyüklü bir çox müharibələrdən sonra Prilepenin də yer aldığı region, Serb, Xorvat və Sloven Krallığı tərkibinə daxil olmuşdur. Krallıq sonrasında Yuqoslaviya Krallığı olaraq 1943-cü ilə qədər mövcud olmuşdur.

YSFR

1943-cü ildə Yuqoslaviya Krallığının süqutundan sonra, yerinə Yuqoslaviya Sosialist Federativ Respublikası yaradılmışdır. Bu dövrdə də Prilep, bu inzibati quruluşda yer almışdır.

Şimali Makedoniya

1991-ci ildə Şimali Makedoniyanın Yuqoslaviya Sosialist Federativ Respublikasından ayrılaraq müstəqilliyini elan etməsilə Prilep, müstəqil Şimali Makedoniya Respublikası şəhəri olmuşdur.

Əhali

2002-ci il siyahıya almasına görə Pirlepe Bələdiyyəsinin ümumi əhalisi 76.768 nəfərdir. Bu əhalinin etnik bölgüsü bu şəkildədir: Makedon 70.878, rumınlar 4.433, türklər 917 nəfər.

Xarici keçidlər

  1. http://www.makedonyaegitim.com/sehir-sehir-makedonya.html Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
  1. https://www.citypopulation.de/de/northmacedonia/cities.