Qəşəng ilansoğanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Qəşəng ilansoğanı (lat. Muscari elegantulum), hiasintkimilər (Hyacinthaceae) fəsiləsindən bitki növü.

Nadir, məhdud areallı endemik hirkan növüdür. 2 yerdə olması məlumdur: Lerik rayonunun Orand və Şinabad kəndləri ətrafında Sibardu və Talış dağlarında. Orta dağlıq qurşağın stepli yamaclarında tək-tək rast gəlinir.

Çoxalması

Toxumla və vegetativ yolla çoxalır.

Ehtiyatının dəyişilmə səbəbləri

Mal-qara otarılması, ot çalınması.

Becərilməsi

Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.

Qəbul edilmiş qorunma tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmamışdır.

Mənbə

Azərbaycan SSR-in Qırmızı kitabı, 1989

Xarici keçidlər