Qədir Nəzərov
Qədir Nəzərov | |
---|---|
Qədir Xudabağış oğlu Nəzərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lerik |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Ağdərə |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Lerik |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Atası | Xudabağış |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet ordusu |
Qoşun növü | Azərbaycan ordusu |
Xidmət illəri | 1992-1993 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Ağdərə döyüşləri |
Qədir Xudabağış oğlu Nəzərov — (31 yanvar 1974, Lerik rayonu – 5 fevral 1993, Mehmana, Kəlbəcər rayonu) Birinci Qarabağ döyüşlərində iştirak etmişdir.
Həyatı
1974-cü il yanvar ayının 31-də Lerik rayonun Cəngəmiran kəndində anadan olub. [1]
Təhsili
1991-ci ildə Cəngəmiran kənd orta məktəbinin onuncu sinfini bitirib. Qədir orta məktəbi bitirdikdən sonra sənədlərini Bakı Ali Hərbi məktəbinə verir, lakin müsabiqədən keçə bilmədiyinə görə kəndə qayıdır.
Hərbi xidməti
1992-ci ilin iyun ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılaraq Milli ordu sıralarına yola salınır. Qədirin döyüş yolu Ağdərə rayonundan başlayır. Qədir Nəzərov 1993-cü il fevral ayının 5-də Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Şəhidin cənazəsi Lerik rayonunun Cəngəmiran kəndinə gətirilərək Xəlifə Zəkəriyyə qəbiristanlığının Şəhidlər kompleksində dəfn edilib. [2] Lerik rayonundakı küçələrdən biri Qədir Nəzərovun adını daşıyır.
İstinadlar
- ↑ "Lerik şəhəri". 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-21.
- ↑ "Nəzərov Qədir Xudabaxış oğlu". 2023-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-21.