Qəhrəman Əliyev (məşqçi)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qəhrəman Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 11 avqust 1959(1959-08-11)
Doğum yeri
Vəfat tarixi 26 fevral 2023(2023-02-26) (63 yaşında)
Təhsili
İdman növü futbol

Qəhrəman Əliyev (11 avqust 1959, Masallı26 fevral 2023) — Peşəkar Futbol məşqçisi və Azərbaycan Premyer Liqasında 381 oyunla ən çox oyun keçirmiş Baş Məşqçidir.

Həyatı

Qəhrəman Əliyev 11 avqust 1959-cu ildə Masallı rayonunda doğulmuşdur. O 2023-cü ilin fevralın 26 sı uzun sürən xəstəlikdən vəfat etmişdir[1]

Təhsili

Azərbaycan Dövlət bədən Tərbiyəsi İnstitutu və İdman Akademiyasını bitirmişdir. 1999–2000-ci illərdə 8(səkkiz) ay Almaniyada Beynəlxalq məşqçilik kursunu bitirmişdir.

Oyunçu Karyerası

1976–1981-ci illər "Avtomobilçi(Bakı), 1981–83-cü illər "OİK(Xabarovsk)" 1983–85-ci illər "Neftçi(Bakı)", 1985–86-cı illər Gənclik(Bakı)", 1986–87-ci illər "Avtomobilçi(Mingəçevir)",

Məşqçi Lisenziyası

  1. C-lisenziyası ildən(ilə)
  2. B-lisenziyası(il):
  3. A-lisenziyası(il): 2011
  4. Pro-lisenziyası(il) ildən

İşlədiyi yaş qrupları və klublar(ildən-ilə)

1) 1993–2000-ci illərdə Azərbaycan Premyer liqasında "Viləş" klubunda baş məşqçi vəzifəsində çalışmışdır.

Qazandığı nəticələr

1. 2000–2001-ci illərdə Premyer liqada 4-cü yer tutmuş və intertoto kubokuna vəsiqə;

2. 2001–2002-ci illərdə Premyer liqada 3-cü yer "Bürünc" mükafatına yiyələnmiş və yenidən İntertoto kubokuna vəsiqə əldə qazanmışdır.

2) 2002–2003-cü illərdə "Şəmkir" klubunun baş məşqiçisi kimi Premyer liqada çempionluq;

3) 2003–2004-cü illərdə Premyer Liqada 2-ci yer tutmuş və UEFA kubokuna vəsiqə qazanmış;

4) 2004–2005-ci illərdə "Xəzər Lənkəran 2" komandası ilə 1-ci Divizionda 2-ci yer;

5) 2005–2006-cı illərdə isə Masallının "Masallı" komandasında Baş Məşqçi kimi 1-ci yer tutmuş Premyer liqaya vəsiqə qazanmışdır;

6)2006–2007-ci illərdə Premyer liqada Masallının "Masallı" klubunda baş məşqçi

7) 2007–2008-ci illərdə "MOİK-Bakı" klubu(Azərbaycan Premyer liqası) baş məşqçi;

8) 2008–2010-cu illərdə "Olimpik-Bakı" klubunda (koməkçi məşqçi);

9) 2011–2012-ci illərdə "Bakı" klubunun əvəzedici heyətinin baş məşqçisi kimi 1-ci dəfə çempion;

10) 2012–2013-cü illərdə "Bakı" A komandasında köməkçi məşqçi;

11) 2013–2014-cü illərdə "Bakı" U-19 komandasının baş məşqçisi olmuş və komandanı çempionluq;

12) 2014–2015-ci illərdə "Bakı" komandasında ilə 1-ci Divizionda köməkçi məşqçi

13) 2017–2018-ci illərdə "İ. Cavadov Bakı Futbol Akademiyası"nda İdman direktoru və Koordinator vəzifələrində çalışmışdır

Xarici keçidlər

  1. "Qəhrəman Əliyev vəfat etdi". 2023-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-26.