Qərb çay qorillası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qərb çay qorillası
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qərb çay qorillası
Beynəlxalq elmi adı

Qərb çay qorillası və ya Çay qorillası (lat. Gorilla gorilla diehli) — Qərb qorillasına (Gorilla gorilla) daxil olan bir yarımnöv .

Yayılması

Bu yarımnövə daxil olan canlılar əsasən Nigeriya ilə Kamerun arasında sərhəddə cəmləşmişlər. Tropik və subtropik enliyarpaq meşələrdə yayılmışlar. Afrikanın digər primatlarına nisbətdə daha həssas canlılar hesab edilirlər.

Digər yarımnövdən baş və dişinin quruluşu, boyunun 10–15 sm uzun olmasına və çəkisinin 20–35 kq artıq olmasına görə fərqlənirlər. Ayrıca yarımnöv kimi 2000-ci ildən bəri göstərilir. Bununla belə əvvəlki araşdırmalar da onların ayrı bir yarımnöv olmasını təsdiq etmişdir.

Qorunma statusu

Çay qorillalarının sayı 280 başdır. Onlar əsasən 11 nöqtədə cəmləşmişlər. İki yarımnövün arealını 250 kilometrlik məsafə ayırır. Bu yarımnövün qorunması üçün çalışmalar 2007-ci ildən başladılmışdır[2]. Kamerun hökuməti bu məqsədlə Nigeriya ilə sərhəddə milli park təşkil etmişdir. Parkda 115 çay qorillası yaşayır[3].

İstinadlar

  1. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  2. "«Regional Action Plan for the Conservation of the Cross River Gorilla»" (pdf) (ingilis). 2012-07-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-01-07.
  3. "«New National Park Protects World's Rarest Gorilla »" (ingilis). 2012-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-07.

Xarici keçidlər