Qərb palıdı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qərb palıdı
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması

İlk dəfə Portuqaliyada təsvir edilmişdir.Yabanı halda Aralıq dənizinin qərbində bitir.

Botaniki təsviri

Bu növ mantar palıdına çox oxşardır. Hündürlüyü 7–8 m, gövdəsinin diametri 17–20 sm-ə çatan ağac bitkisidir. Gövdə və köhnə yarpaqların üzəri 3–5 mm qalınlıqda mantar qatı ilə örtülmüşdür. Yarpaqları nazik, ayanın alt səthi tüklü, növbəti ilin yazında yarpaqları tökülür. Mantar təbii polimer olub, xırda hüceyrələrdən ibarət, bərk məsaməli quruluşa malikdir. Bu hüceyrələr arı şanına bənzəyir. Hər hüceyrə maksimum miqdarda bərk birləşdirici və minumum miqdarda qaz halında olan maddədən ibarətdir. Beləliklə mantar sukeçirməyən, içi hava ilə dolu şam kapsulasından ibarətdir. Bu da mantar qatına ona qarşı edilən təsirdən sonra özünün ilkin formasını bərpa etməyə imkan verir. Qərb palıdı 170–200 ilə qədər yaşayır, 25 yaşından başlayaraq hər 9–10 ildən bir mantar qabığını dəyişir. 80 yaşlı ağac təxminən 200 kq mantar qabığı verir. Bitki 8–10 yaşa qədər yavaş böyüyür, sonra hündürlüyə ildə orta artım 30–35 sm, bəzən isə 1–1,5 m təşkil edir.Yayın ortalarında ikinci zoğlar böyüməyə başlayır. Hündürlüyə boy artımı 120–200 yaşa qədər davam edir. Tək əkinlərdə ağaclar 40–60 yaşından, sıx əkinlərdə isə daha gec meyvə verməyə başlayır.

Ekologiyası

Qərb palıdı rütubətsevəndir və əlverişli şəraitdə tez böyüyür. Bu fiziki təsirdən və təzyiqdən sonra ona ilkin formasını bərpa etməyə kömək edir. Qərb palıdının güclü kök sistemi tez inkişaf edərək torpağın böyük sahələrinin bərkidilməsinə və küləyə davamlı olmağına imkan yaradır.

Azərbaycanda yayılması

Lənkəran, Masallı, Şəki, Zaqatala və Abşeronda mədəni halda becərilir.

İstifadəsi

Bitkinin tərkibində 45% suberin, 27% liqnin, 12% mum və digər maddələr vardır. Oduncağı ağır, bərk, elastik və möhkəmdir, mebel istehsalında istifadə edilir.

Ədəbiyyat

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov