Qafqaz xameneriumu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Hündürlüyü 30-50 sm, gövdəsi əsasından yayılan və ya sürünən, az qalxan, aşağı hissədə çılpaq, qurumuş, aralanmış nazik qəhvəyi rəngli qabıqlıdlr, yuxarı hissədə tüklü, sadə və ya az budaqlanan yarımkoldur.[1]

Yarpaq

Yarpaqlarının orta hissəsindən aşağısı daha çox genişlənmiş, sivri ucluğa tədricən daralandır, tünd yaşıl rənglidir, kənarları xırda dişli, oturaq və yaxud çox qısa saplaqlıdır,çılpaq və ya kənarları və orta damarı tüklüdür,uzunluğu 3,5 sm, eni 5-7 mm-dir.

Çiçək

Salxımı qısalmışdır, demək olar ki,qalxanşəkillidir, azçiçəklidir.

Meyvə

Qutucuq tünd-qırmızımtıl rəngdədir,nazik tüklü, yetişmişləri demək olar ki, çılpaqdır,uzunluğu 7 sm-ə qədərdir. Toxumları açıqq əhvəyirəngli,uzunluğu 2 mm-ə yaxındır, xırda məməciklidir.

Çiçəkləməsi

İyul-Avqust

Meyvə verməsi

Avqust-Sentyabr

Azərbaycanda yayılması

BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal. Subalp və alp qurşağında.

Yaşayış mühiti

Dağdan axan çayların çaqıl daşları üzərində rast gəlinir.

İstinadlar

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016