Qal xan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Qal Xan - türk, monqol və altay mifologiyasında atəş ilahı adlandırılır. Atəşin və ocağın davamlılığını təmin edir. Al/Hal inancı ilə əlaqəlidir. Monqol mənşəli bir anlayışdır. Türklərdəki Al (Hal) Ananın qarşılığı olaraq düşünülə bilər. Təhlükəli və zaman-zaman hirslənib yanğınlar çıxaran bir varlıqdır. Bu sözdən törəyən və ocaq ilahı mənasını verən Qolomto Xan adlı bir xarakterə yenə monqol mifologiyasında rast gəlmək mümkündür.

Qalçan xan

Qalçan xan - türk, monqol və altay mifologiyasında atəş tanrısıdır. Kalçan/Galçan xan da deyilir. Bəzən Qal xan ilə ekvivalent olaraq görülər. Bəzən də onun əmrindəki başqa bir tanrı olaraq ifadə edilər. Atəşin qoruyucu ruhu olaraq hörmət göstərilir. Özünə keçi qurban edilir. Qalçan/Kalçan sözü keçəllik ifadə edər. Kal (keçəllik) və monqolca Qal (atəş) ilə əlaqədardır. Ayrıca monqolcada Xalzan sözü keçəl deməkdir.

Qolomto Xan

Monqol və Buryat mifologiyasında ocaq tanrısıdır. Ocağı və atəşi qoruyar. Qal Xanın əmrindədir.

Etimologiya

Qal/Gal, monqolcada atəş deməkdir. Türkçe "Al/Hal" və keçəllik ifadə edən "Kal" kökləri ilə də əlaqəlidir.

Mənbə