Qara xaççiçək birəciyi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qara xaççiçək birəciyi
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Qara xaççiçək birəciyi
Beynəlxalq elmi adı
  • Phyllotreta atra

Quruluşu

Rəngi qara və ya metal parıltısına bənzəyir. Uzunluğu 2–3 mm-dir. Bu birəciklər nəmliyi az olan yerlərdə yaşayırlar.

Yayılması

Başqa birəciklərə nisbətən onlar respublikamızda geniş yayılmışdılar və daha çox zərər verirlər. Respublikanın Quba-Xaçmaz, Abşeron, Gəncə-Daşkəsən, Lənkəran-Astara zonalarında daha geniş yayılmışdır.

Qışlaması

Azərbaycan şəraitində onlar erkən fevralın axırı və martın əvvələrində qışlamadan çıxırlar.

Qidalanması

Qışlamadan çıxandan sonra əvvəlcə alaq otları, sonra isə mədəni bitkilərlə qidalanırlar. əlavə qidalanma hava şəraitindən asılı olaraq bir aya qədər davam edir.

Nəsilvermə

əlavə qidalanmadan sonra yumurtaqoyma və cütləşmə başlayır. Bu proses aprelin ikinci yarısından may ayına qədər davam edir. Məlumatlara əsasən bir dişi fərd 36-40 yumurta qoyur. Iki həftədən sonra yumurtadan sürfələr çıxır. Onlar bitkilərin xırda kökləri ilə qidalanırlar. Sürfələrin inkişafı 14-20 gün davam edir. Puplaşma torpaqda gedir. Qara xaççiçək birəciyi Qafqazda, o cümlədən Azərbaycanda iki nəsil verir.

Zərər vurması

Adətən kələmi, ağ turpu, qırmızı turpu, az miqdarda soğanı, kökü, turşəngi, alaq otlarından isə ən çox vəzərini zədələyir. Məlumatlara əsasən bu birəciklər şəkər çuğunduruna, qatıqotuna, xardala, günəbaxana və s. bitkilərə də zərər verirlər. Yetkin fərdlər yarpaqlarla qidalanaraq dairəvi deşiklər açırlar.[1]

Ədəbiyyat

  1. Səfərova İ.M., Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 77.

Xarici keçidlər

Phyllotreta atra F. Arxivləşdirilib 2012-05-07 at the Wayback Machine

İstinadlar

  1. Səfərova İ.M., Quba-Xaçmaz bölgəsində kələmin zərərvericiləri və başlıca zərərvericilərə qarşı kompleks mübarizə tədbirləri, Gəncə, 2006, s. 77.