Qarabağ (Əfqanıstan)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
rayon
Qarabağ
33°11′35″ şm. e. 68°06′14″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.078 m
Xəritəni göstər/gizlə
Qarabağ xəritədə
Qarabağ
Qarabağ

Qarabağ (fars. قره‌باغ‎) — Əfqanıstanın mərkəzi Kabil şəhərindən 50 km şimalda, Bəgrami aviabazasının 20 km cənub şərqdə yerləşən rayon.

Əhalisi

Rayon ərazisində 15.000 nəfər əhali yaşayır. 2002-ci ilin statistikasına əsasən əhalinin 60 %-i taciklərdən və 40 % isə puştunlarından ibarətdir.

Tarixi

Bəzi tarixi mənbələr Qızılbaşların İmperiyası dağıldıqdan sonra bura köç etdiklərini qeyd etmişlər. Bir çox məlumatlarda bu əraziləri Hazaristan olaraq da adlandırırlar. Əfqanıstanda baş vermiş müharibələr nəticəsində demək olar ki, tamamilə dağıdılan ərazilərdən biri də Qarabagh bölgəsi olmuşdur. Belə ki, bütün təhsil və sağlıq müəssisələri dağıdılmış, kənd təsərrüfatı yararsız hala salınmış və bütünlüklə infrastruktur yerlə yeksan edilmişdir. Bu ərazilər kişmiş istehsalına görə Əfqanıstanda ən önəmli yerlərdən hesab olunur. Birləşmiş Millətlər Təşkilatı 2002-ci ildə bu ərazilər haqqında xüsusi sənəd hazırlamış və dünyada ən çox yardım edilməsi lazim olan ərazilərin siyahısına əlavə etmişdir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar