Qaranlıq günəş xeyrin çöküşü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qaranlıq günəş: Xeyrin çöküşü
Qaranlıq günəş: Xeyrin çöküşü
Müəllif Zaur Pənahov
Janr fantastika
Orijinalın dili Azərbaycan dili
Orijinalın nəşr ili 2011
Nəşriyyat Qanun
ISBN 978-9952-26-188-2

Haqqında

Roman, fantastik janrın ən çox bəyənilən və uğur qazanan “Fantastik Qurğu” altjanrında yazılmışdır. Bu janrın Azərbaycanda ilk olmağına baxmayaraq dünyada bir çox unudulmaz nümunələrə sahibdir. “Üzüklərin Hökmdarı”, “Harri Potter” və “Narniya Salnamələri” kimi məşhur əsərlər yüzlərlə nümunədən, sadəcə, bir neçəsidi.

Təlim mərkəzlərindən birinə edilən sirli hücumun ardından iki ən yaxşı döyüşçü tədqiqata başlayır. Burda keçmiş düşmənlərinin əlinin olduğunu düşünərək bir müddət onlara verilən təlimat əsasında hərəkət etsələr də, hər şey heç də göründüyü kimi deyilmiş. Düşmən üçün qurulan tələ, elə düşmənə aid planın bir hissəsi imiş.

Hər səhifəsindən zövq alacağınız roman, sizi təxəyyülünüzün sərhədlərini aşmağa məcbur edəcək. Heç vaxt var olmamış dünyanın fərqli həyat qanunlarını və düşüncə tərzini göstərəcək. Ən vacibi isə, bu kitabda siz xeyirlə şər arasındakı incə bənzərliyin şahidi olacaqsınız. “Qaranlıq Günəş” Azərbaycanda bu janrda yazılmış ilk və yeganə əsər olmaqla birlikdə detektiv janrının da bəzi çalarlarını özündə cəmləyən bir romandır.

İstinadlar

Həmçinin bax