Qarayanlıq

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

QarayanlıqNaxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq qəsəbəsindən qərbdə arxeoloji abidə.

Tarixi

Yaşayış yerinin sahəsi 2250 m2-dır. Onun mərkəzi hissəsindən su kanalı keçir. Abidənin ərazisinin bir qismi qazılıb dağı- dılmışdır. Mədəni təbəqə 1–1,5 m qalınlığında saxlanmışdır. Mərkəzi hissədə daş tikintilərin qalıqları nəzərə çarpır. Yaşayış yerinin yaxınlığında orta əsr qəbirstanlığı vardır. Lakin qəbirstanlığın ərazisi əkin sahəsinə çevrildiyindən qəbirlərin izi tamamilə itmişdir. Arxeoloji materiallar başlıca olaraq keramika məmulatından ibarətdir. Keramika məmulatı Son Antik dövrdən başlayaraq Son Orta əsrlərədək olan bir dövrü əhatə edir. Antik dövrə aid keramika məmulatı kasa tipli qabların parçalarından ibarət olub yaxşı bişirilmiş və cilalanmışdır. Son Orta əsr keramikası şirli və şirsiz keramika parçaları ilə təmsil olunmuşdur. Aşkar olunmuş arxeoloji materiallara əsasən yaşayış yerini 2–17 əsrlərə aid etmək olar[1].

İstinadlar

  1. "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 258.