Qaya şibyəyeyəni

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qaya şibyəyeyəni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Qaya şibyəyeyəni
Beynəlxalq elmi adı
  • Paidia conjuncta

Qaya şibyəyeyəni (lat. Paidia conjuncta) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan adi növ.

Xarici quruluşu

Kəpənəyi murina növünə nisbətən böyükdür. Qanadları açılmış halda 18–20 mm-dir. Ön qanadları sarımtıl-boz rəngdədir. Yzərində qeyri bərabər yerləşməmiş iki cərgə qonur nöqtələr vardır. Arxa qanadlar açıq rəngdə olub, ləkəsizdir. Qarıncığı boz tükcüklərlə örtülmüşdür.

Tırtılları boz-sarı olub, yan tərəfində yerləşən sarı ləkə boz-sarı tüklərlə örtülüdür. Başı açıq qonur rəngdədir.

Həyat tərzi

Kəpənəkləri iyun-iyul aylarında işığa həvəslə və kütləvi surətdə uçur. İldə bir nəsil verir. Tırtılları yazda daş və qayaların üzərində olan şibyələrlə qidalanır. Yumurta mərhələsində ağacların qabığı və daşların altında qışlıyır.

Yayılması

Azərbaycanda geniş yayılmışdır. Kəpənəkləri Ordubad (3.VII.90) və Lənkəran (6.VI.91) rayonlarından toplanmışdır.

Ədəbiyyat

  • S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.