Qazan Hərbi Dairəsi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Qazan Hərbi Dairəsi — 1864–1918-ci illərdə Rusiya imperator ordusunun, 1945–1946-ci illərdə SSRİ Silhlı Qüvvələri tərkibində yaradılmış hərbi birləşmə.

Tarixi

Qazan Hərbi Dairəsinin xəritəsi.1913

Rusiya imperiyasında Qazan Hərbi Dairəsi 1864–1918-ci illərdə mövcud olmuşdur. Hərbi dairənin ərazisinə Qazan, Perm, Vyatka, Penza, Simbirsk, Saratov və Həştərxan quberniyaları daxil idi. 1981-ci ildə onun tərkibinə ləğv olunmuş Orenburq Hərbi Dairəsinin ərazisi də daxil edilmişdi.

Rusiya Xalq Komissarları Sovetinin 4 may 1918-ci il tarixli dekretinə əsasən keçmiş Qazan Hərbi Dairəsinin ərazisi yeni yaradılan Volqaboyu (mərkəz Samara şəhəri olmaqla) və Ural (mərkəz Yekaterinburq şəhəri olmaqla) hərbi dairələri arasında bölüşdürüldü.

SSRİ-də Qazan Hərbi Dairəsi 9 iyul 1945-ci ildə təşkil olunmuşdu. Hərbi dairə Kirov vilayətinin və Tatar, Udmurt, Mari, Çuvaş MSSR-nın ərazilərini əhatə edirdi. Hərbi dairə 4 fevral 1946-cı ildə ləğv edilərək Volqaboyu Hərbi Dairənin tərkibinə daxil edilmişdi.

Qazan Hərbi Dairəsi (1864–1918) qoşunlarının komandanları

  • 1864–1865-ci illərdə — general-leytenant Knorinq Roman İvanoviç,
  • 1865–4 fevral 1867- general Semyakin Konstantin Romanoviç,
  • 21 fevral 1867–16 aprel 1872 — general Boris Qriqoryeviç Qlinka-Mavrin,
  • 1872–25 may 1882 — general-leytenant Brunner Andrey Osipoviç,
  • 25 may 1882–26 avqust 1901 — general-leytenant Qriqori Vasilyeviç Meşerinov
  • 15 sentyabr 1901–25 oktyabr 1905 — general Andrey Ivanoviç Kosiç,
  • 7 dekabr 1905–23 sentyabr 1907 — general Karass İvan Aleksandroviç,
  • 24 sentyabr 1907–7 fevral 1912 — general-leytenant Aleksandr Henrixoviç Sandetsk,
  • 7 fevral 1912–19 iyul 1914 — general Anton Yeqoroviç Zaltsa,
  • 24 sentyabr-18 oktyabr 1914 — general Anton Yeqoroviç Zaltsa.

Dairənin hərbi rəisləri

  • 6 yanvar-8 avqust 1915 — general Platon Aleksandroviç Qeysman,
  • 8 avqust 1915–10 iyul 1916 — general Aleksandr Henrixoviç Sandetsk,
  • mart-iyun 1917 — general Aleksandr Zaxaryeviç Mışlayevski
  • iyul-oktyabr 1917 — polkovnik Pavel Aleksandroviç Koroviçenko,
  • ? — noyabr 1917 — general Dobrının,
  • noyabr 1917-may 1918 — praporşik N.Y.Yerşov

Hərbi dairənin komandanı (1945–1946-cı illər)

Sovet dövründə Qazan Hərbi Dairəsinin komandanı general-leytenant P.İ.Lyapin (1945) və general-polkovnik N.İ.Qusev (1945–1946) olmuşdur.

Mənbə

  • Казанский военный округ // "К-22" — Линейный крейсер / [под общ. ред. Н. В. Огаркова]. — М. : Военное изд-во М-ва обороны СССР, 1979. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976–1980, т. 4).
  • "К-22" — Линейный крейсер / [под общ. ред. Н. В. Огаркова]. — М. : Военное изд-во М-ва обороны СССР, 1979. — С. 30. — (Советская военная энциклопедия : [в 8 т.] ; 1976–1980, т. 4).

Xarici keçid

  • "Казанский военный округ". encyclopedia.mil.ru. 2012-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.11.2012.
  • "Казанский военный округ". regiment.ru. 2012-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18.11.2012.