Qazaxıstan Respublikasının paytaxtı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Qazaxıstan Respublikasının paytaxtıAstana şəhəridir. Hər il Qazaxıstanda 6 iyul paytaxt günü kimi qeyd edilir.

Qazaxıstan paytaxtlarının xronologiyası

1916-1920-ci illərdə Qazaxıstanın (Alaş muxtariyyəti) o zaman Alaş-kala adlanan Semey şəhəri olub.

Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibində yaranan Qırğız MSSR paytaxtı 1920-ci ildən Orenburq şəhəri olub.

1925-ci ildə respublika Qazax MSSR adını alır və paytaxt Ak-meşet şəhərinə köçürülür və çəhərin adı Qızılorda adlanır.

1929-cu ildə paytaxt Alma-Ata şəhərinə köçürülür[1].

1936-cı ildə Qazaxıstan MSSR RSFSR tərkibindən çıxarılır və Qazaxıstan Sovet Sosialist Respublikası adını alır.

1929-cu ildən 1936-cı ilədək Alma-Ata Qazaxıstan Muxtar Sovet Sosialist Respublikasının, 1936-1991-ci illərdə isə Qazaxıstan Sovet Sosialist Respublikasının, 1991-ci ildən 1997-ci ilədək isə Qazaxıstan Respublikasının paytaxtı olub.

Rəsmi şəkildə Astana Qazaxıstanən paytaxtı 10 dekabr 1997-ci ildə elan edilib. Şəhərin pyataxt kimi beynəlxalq elanı isə 10 iyun 1998-ci ildə baş verir.

İstinadlar

  1. "АП РФ Распоряжение 17-08-1995 г. № 1495 «О написании названий государств бывших республик СССР и их столиц»". 2015-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-23.