Qoca Yasamalski

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qoca Yasamalski
Doğum yeri
Vəfat yeri
Dəfn yeri

Qoca Yasamalski (tam adı: Əlibala Həmidov) — kriminal aləmin tanınmış oğrularından biri[1]

Həyatı

Əlibala Həmidov 1972-ci ildə Bakı şəhərində anadan olub. Kriminal aləmdə "Qoca Yasamalski" ləqəbi ilə tanınıb. İlk dəfə Azərbaycanda 1992-ci ildə 14 il azadlıqdan məhrum edilib və 2000-ci ildə azadlığa çıxıb[2]. 2009-cu ilin martında keçirilən əməliyyat zamanı "Qoca" sxodkada saxlanılıb. Sxodkada həmçinin "Masallı Mamed", "Dadaş Novxaninski" və "Yusif Bakinski" saxlanılıb. O narkotiklərin qanunsuz dövriyyəsilə bağlı cinayətlərə görə dövlətlərarası axtarışda olub.

Qoca Yasamalski 18 avqust 2013-cü ildə Türkiyədə qətlə yetirilib. Onun meyitinin gətirilməsi kriminal aləmdə tanınan sima olan Adəm Avarskinin müşayiəti ilə həyata keçirilib. Cənazə 30-a yaxın avtoritetin müşayiəti ilə Bakı hava limanında qarşılanıb və Yasamal rayonu Şərifzadə küçəsinə gətirilib. Avqustun 20-də axşam məşhur avtorirtet Qoca Yasamalski həmin ünvandan son mənzilə yola salınıb. Mərhum Yasamal qəbiristanlığında dəfn edilib[3].

Qoca Yasamalski Rusiya vətəndaşı idi.

İstinadlar

  1. ""Qanuni oğru"lar Moskvada həbs edildi". 2013-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-25.
  2. Kriminal avtoritet "Qoca" dəfn edildi[ölü keçid]
  3. Dəfn mərasimində kriminal aləmin xeyli sayda tanınmış simaları da iştirak edirdi[ölü keçid]