Qovaq şibyəyeyəni

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qovaq şibyəyeyəni
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Qovaq şibyəyeyəni
Beynəlxalq elmi adı
  • Eilema complana

Qovaq şibyəyeyəni (lat. Eilema complana) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan növ.

Xarici quruluşu

Ön və arxa qanadları E.lurideola növünün qanadlarına oxşayır. Ön qanadlar ensiz, bir qədər uzun, arxa qanadlar enli açıq sarıdır. Tırtılı da əvvəlki növün tırtılına oxşayır, yəni qara-boz olub, üzəri qısa qara tüklərlə örtülüdür, yanlarda qırmızı-sarı ləkələr vardır. Başı qaradır.

Yayılması

Adi növdür. Geniş yayılmışdır. Kəpənəkləri Qəbələdən, Lənkərandan, Ağdaşdan (Dəhnə Xəlil), Bakıdan toplanmışdır. Əsasən düzənlik və dağətəyi rayonlarda yayılmışdır. Zoologiya İnstitutunun kolleksiya fondunda materiallarında bu növ A.Boqaçev tərəfindən Oğuzdan və Qəbələdən, A.Piriyev tərəfindən isə İsmayıllıdan toplanmışdır. İşığa həvəslə uçur. Ağaclar üzərindəki şibyələrlə qidalanır. İldə bir nəsil verir. Tırtıl mərhələsində qışlayır.

Ədəbiyyat

  • S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.