Qutunun xaricində düşünmə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
“Doqquz nöqtə” məsələsinin həll variantlarından biri

“Qutunun xaricində düşünmə” - thinking outside the box – (jarqon); fərqli, qeyri-standart düşünmə mənasına gələn metafor. Bu ifadə çox zaman yeni, yaradıcı düşüncəyə aid edilir. Terminin mənşəyi məşhur “doqquz nöqtə” məsələsi ilə bağlıdır: 1970/80-ci illərdə idarəetmə üzrə məsləhətçilər öz müştərilərinə həlli qeyri-standart düşüncə tələb edən həmin məsələni təklif edirdilər. “Doqquz nöqtə” məsələsində məqsəd qələmi kağızdan ayırmadan və eyni yerdən ikinci dəfə keçməməklə verilmiş 9 nöqtəni dörd və ya daha az düz xəttlə birləşdirməkdir.

Ədəbiyyat

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.