Rüfət Mehdiyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rüfət Mehdiyev
Ümumi məlumatlar
Doğum tarixi 7 iyul 1969(1969-07-07)
Doğum yeri
Vəfat tarixi 1 fevral 2011(2011-02-01) (41 yaşında)
Vəfat yeri
Dəfn yeri Nizami rayon qəbiristanlığı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1992–2011
Janr ritmik

Rüfət Sabir oğlu Mehdiyev (7 iyul 1969, Bakı1 fevral 2011, Bakı) — müğənni və aktyor.

Həyatı

Rüfət Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub.

1976-1986-cı illərdə 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində təhsil alıb.

1986-1992-cı illərdə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb

1989-cu ildən musiqi ilə məşğul olub.

1992-ci ildən müğənnilik edib.

Space Televiziyasında hazırlanmış "Qış nağılı" (2002) və "Baharın nağılı" (2008) film-verilişlərində çəkilib.

1 fevral 2011-ci il tarixində insultdan dünyasını dəyişib. Nizami rayon qəbiristanlığında dəfn edilib.[1][2]

Filmoqrafiya

  1. Qış nağılı. I film (film, 2002)
  2. "Moskva-Bakı" qatarı (film, 2005)
  3. Dünən qəfildən gəldi (film, 2009)

İstinadlar

  1. Rüfət Mehdiyev[ölü keçid]
  2. "Mehdiyev Rüfət". 2011-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-01.

Həmçinin bax