Rəşad Ağayev
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
Rəşad Ağayev | |
---|---|
Rəşad Rövşən oğlu Ağayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 iyul 2000 |
Doğum yeri | |
Vəfat tarixi | 16 oktyabr 2020 (20 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Biləcəri Şəhidlər Xiyabanı, Bakı, Azərbaycan |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019–2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Madagizin azad edilməsi |
Rəşad Ağayev (2 iyul 2000, Bakı – 16 oktyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Rəşad Ağayev 2 iyul 2000-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Evin tək oğlu olan Rəşad, Binəqədi rayon 283 nömrəli tam orta məktəbdə təhsil almışdır.[1] 1-ci və 2-ci kursu 7 nömrəli Peşə liseyində oxuduqdan sonra, 3-cü kursda Step Akademiyasına qəbul olub və Akademiyanı proqramist dizayner kimi bitirib.
Hərbi xidməti
Rəşad Ağayev 4 iyul 2019-ci il tarixində Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsinə müddətli hərbi xidmətə yollanmışdır. 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ müharibəsində ordu sıralarına qatılmışdır. 16 oktyabrda isə, Tərtər rayonunun Suqovuşan kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Bakı şəhəri Biləcəri Şəhidlər Xiyabanında dəfn edilmişdir.
İstinadlar
- ↑ "Rəşad Ağayev Rövşən". 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2024.