Romb

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Romb (yun. ρομβος) — bütün tərəfləri bərabər olan paraleloqramdır. Bütün bucaqları düz bucaq olan romba kvadrat deyilir.

Rombun dioqanalları və tərəfi arasındakı əlaqə düsturu:

d² + d² = 4a²

Diaqonalları

  • Diaqonalların uzunluqları fərqlidir;
  • Diaqonallar kəsişmə nöqtəsində yarıya bölünür;
  • Diaqonalları qarşılıqlı perpendikulyardır;
  • Diaqonalı uyğun təpə nöqtələrində yerləşən bucaqların tənbölənidir;
  • Hər bir diaqonalı rombu iki bərabəryanlı üçbucağa ayırır.

Xassələri

  • Bütün tərəfləri bərabərdir.
  • Qarşı tərəfləri bir-birinə paraleldir.
  • Qarşı bucaqları bərabərdir.
  • Birtərəfli bucaqlarının cəmi 180°-dir.

Perimetri

  • olduğundan P=4a. Eyni düstur kvadrat üçün də doğrudur.

Sahəsi

1)Rombun sahəsi diaqonallarının hasilinin yarısına bərabərdir.

2) Rombun sahəsi tərəfinin kvadratı ilə bu tərəflər arasında qalan bucağın sinusunun hasilinə bərabərdir.

  • ID = IB = d
  • IC = IA = c

3) Rombun sahəsi tərəfi ilə hündürlüyünün hasilinə bərabərdir.

S=ah

İstinadlar

Xarici keçidlər