Ruqiyyə Çobanzadə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ruqiyyə Çobanzadə
Çobanzadə Ruqiyyə Gəray qızı
Doğum tarixi
Doğum yeri Ulyanovski

Çobanzadə Ruqiyyə Gəray qızı

1904-cü ildə Ulyanovski şəhərində anadan olmuşdur. Bakıda konservatoriyanı bitirdikdən sonra M.F.Axundov adına Opera və Balet Teatrında işləmişdir. Həyat yoldaşı Çobanzadə Bəkir Vahab oğlu Azərbaycan SSRİ XDİK tərəfindən 2 fevral 1937-ci ildə vətən xaini kimi həbs edilmiş və 12 oktyabr 1937-ci ildə SSRİ Ali Məhkəməsi Səyyar Sessiyası tərəfindən 1-ci kateqoriya ilə güllələnməyə məhkum edilmişdir. SSRİ MİK-nin 4 iyul 1934-cü il qərarı əsas götürülərək Çobanzadə Ruqiyyə Gəray qızı vətən xaininin həyat yoldaşı kimi Azərbaycan SSR XDİK-nin 11 oktyabr 1937-ci il qərarı ilə həbs edilmiş və 8 il müddətinə sürgünə göndərilmişdir. 1945-ci ildə sürgündən qayıdan Ruqiyyə xanım məcburiyyət üzündən Şamaxıda yaşamalı olub. 13 dekabr 1955-ci ildə Zaqafqaziya Hərbi Dairəsinin Hərbi Tribunalı Çobanzadə Ruqiyyə Gəray qızına bəraət vermişdir.

Mənbə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 23.
  • [1]

Həmçinin bax