Sümük iliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Sümük iliyiQanın bütün formalı elementləri — Eritrositlər,trombositlərleykositlər sümük iliyində ümumi sələf hüceyrələrindən yaranırlar.

Sümük iliyində qanyaradıcı toxumalar venoz sinusoidlərlə məhdudlaşmış hüceyrələr yığımından təşkil olunmuşdur.Onlar radial şəkildə yerləşmişlər və mərkəzi sinusoidə açılırlar.Müxtəlif tipli hüceyrələr bu toxumalarda adacıqlar əmələ gətirirlər.Plüripatent kötük hüceyrələrinin əksəriyyəti sümük iliyi kanalı boşluğunun periferik təbəqəsində toplaşmışdır. Hüceyrələr yetişdikcə periferik sahədən kanal boşluğuna doğru hərəkət edərək sinusoidlərə keçir,oradan isə qan dövranına keçirlər.İnsanın sümük iliyinin kariositlərinin təxminən 60–65% i mieloid,10–15 % i isə limfoid tipli hüceyrələrin payına düşür.Limfoid hüceyrələrin təxminən 60% i yetişməkdə olan,qalanları isə miqrasiyaya hazır və ya əksinə qandan sümük iliyinə miqrasiya etmiş hüceyrələrdirlər.Bir gün ərzində 100 milyonlarla yetişmiş limfoid hüceyrələri qana ötürülür.Qandan sümük iliyinə keçən limfositlərin sayı isə təxminən 10 dəfə azdır.Sümük iliyindəki B limfositlərin sayı T limfositlərindən xeyli miqdarda artıqdır.Sümük iliyndə həmçinin 1–2% miqdarında immunoloji reaksiyalara cəlb edilmiş plazmatik hüceyrələr də mövcüddur.

İstinadlar

Həmçinin bax