Səftər Turabov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Səftər Turabov
Səftər Turabov
Doğum tarixi
Doğum yeri Bakı
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Bakı
Milliyyəti Azərbaycanlı
Həyat yoldaşı Məsmə Turabova
Uşaqları Afaq, Saidə, Fəridə, Ceyhun
Fəaliyyəti Rejissor

Səftər Turabov (15.03.1910 Bakı - 26.11.1989 Bakı) — Azərbaycan rejissoru, əməkdar incəsənət xadimi.

Həyatı

16 yaşında Milli Dram Teatrında səhnə fəhləsi kimi əmək fəaliyyətinə başlayıb.

1934-cü ildə Bakı Teatr Məktəbini bitirib. Səftər Turabov Milli Dram Teatrında Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", Zeynal Xəlilin, "İntiqam", Mir Cəlalın "Mirzə Xəyal", Tur qardaşlarının "Bir evin sirri", Əbdürrəhim bəy Haqverdiyevin "Köhnə dudman" və digər əsərlərə quruluş vermişdir.

Səftər Turabov 1954-cü ildə Azərbaycan Musiqili Komediya Teatrında, 1956-cı ildən Dövlət Radiosunda rejissor işləyib. Azərbaycan İncəsənət İnstitutunda rejissor və aktyorluq sənəti müəllimi vəzifəsində işləyib.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər