Sabırbek Akılbekov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sabırbek Akılbekov
qırğ. Сабырбек Мамбетсадыкович Акылбеков
Doğum tarixi 15 (28) fevral 1914
Vəfat tarixi 15 aprel 1968(1968-04-15) (54 yaşında)
Vəfat yeri
Fəaliyyəti incəsənət xadimi
Janr portret
Mükafatları "Şərəf nişanı" ordeni

Sabırbek Mambetsadıqoviç Akılbekov (qırğ. Сабырбек Мамбетсадыкович Акылбеков; 15 (28) fevral 191415 aprel 1968, Bişkek) — Qırğızıstan-sovet rəssamı. Qırğızıstan SSR-nin ilk rəssamlarından olmuşdur. Qırğızıstan SSR əməkdar incəsənət xadimi olmuşdur.

Həyat və yaradıcılığı

Sabırbek Mambetsadıqoviç Akılbekov 15 fevral 1914-cü ildə Rusiya imperiyasında, indiki Qırğızıstanın Çuy vilayəti ərazisində anadan olmuşdur. O, 1936–1939-cu illərdə Moskva Rəssamlıq Məktəbində oxumuşdur. 1961-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. "Qırğızıstan tarlalarında" (1954), "Yaylaqda" və "Tayalar" (hər ikisi 1958), "97-ci kilometrdə" (1960), "Toktoqulun vətəni" (1965) və s. lirik, emosional mənzərə əsərlərinin müəllifidir. Sabırbek Akılbekov 15 aprel 1968-ci ildə, 54 yaşında Qırğızıstan SSR-nin paytaxtı Bişkek şəhərində vəfat etmişdir.[1]

Təltif və mükafatlar

Sabırbek Akılbekov 1958-ci ildə Qırğızıstan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. O həmçinin, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.[1]

İstinadlar

  1. 1 2 Акылбеков Сабырбек Мамбетсадыгович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 200.

Əlavə ədəbiyyat

  • Акылбеков Сабырбек Мамбетсадыкович — статья из Большой советской энциклопедии.
  • Энциклопедический словарь. 2009.