Sahib Əkbərov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sahib Əkbərov
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyul 1951(1951-07-27) (72 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti alim

Sahib İsmayıl oğlu Əkbərov (27 iyul 1951, Otaqlı, Kəlbəcər rayonu) — Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı (1991–1992).

Həyatı

Əkbərov Sahib İsmayıl oğlu 1951-ci il iyul ayının 27-də Kəlbəcər rayonunun Otaqlı kəndində Kalxozçu ailəsində anadan olmuşdur.1968-ci ildə Kəlbəcər rayonunda 1 №-li orta məktəbi,1978-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitunu,1986-cı ildə Bakı Ali Partiya Məktəbini ,2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirməklə inşşat mühəndisi, politoloq, iqtisadçı ixtisaları üzrə ali təhsil almışdır.

Fəaliyyəti

Əmək fəaliyyətinə 1968-ci ilin iyun ayında başlamışdır. Kəlbəcər rayonu "Kalinin" adına kolxozda sahə gözətçisi işləmişdir.1970–1972-ci illərdə hərbi xidmətdə olmuşdur. Ehtiyatda olan zabitdir.193-vcü ildə "Kalinin" adına kolxozda köməkçi mühasib işləmişdir.

1978-ci ilin oktyabr ayından 1979-cu ilin sentyabr ayına kimi Bərdə Kolxozlararası Tikinti İdarəsində quraşdırıcı, iş ustası,1979-cu ilin sentyabr ayından 1980-ci ilin may ayına kimi Azərbaycan SSR Kənd Sənayesi Tikintisi Nazirliyinin 4 №-li trestində mühəndis, texniki şöbənin baş mühəndisi vəzifələrində işləmişdir. 1980-ci ilin may ayından 1982-ci ilin iyul ayına kimi Kəlbəcər rayon XDS baş memarı vəzifələrində işləmişdir, həmin vaxtlar 1984-cü ilin sentyabr ayından 1986-cı ilin iyul ayına kimi Bakı Ali Partiya Məktəbinin Dinləyicisi olmuşdur.

1986-cı ilin iyul ayından 1989-cu ilin aprel ayına kimi Azərbaycan KP Kəlbəcər Rayon Komitəsində təlimatçı, K/T şöbəsinin müdiri, təşkilatı Partiya Şöbəsinin müdir müavini işləmişdir. 1989-cu ilin aprel ayından 1991-ci ilin sentyabr ayına kimi Kəlbəcər Rayon XDS İK sədri, 1991-ci ilin sntyabr ayından 1991-ci ilin oktyabr ayına kimi Kəlbəcər Rayon XDS sədri, həmin vaxtdan may 1992-ci ilə kimi Rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.

Dəfələrlə Kəlbəcər Rayon Xalq Deputatları Sovetinin deputatı,1991-ci ildə isə Azərbaycan Respublikası Ali Sovetinin Deputatı olmuşdur.

1992-ci ilin avqust ayından 1992-ci ilin noyabr ayına kimi "Azərborukəmərtikinti" trestində təhlükəsizlik üzrə mühəndis,1992-ci ilin noyabr ayından 1996-cı ilin fevral ayına kimi "Azəriqaz" DŞ-də işlər idarəsinin rəisi,1996-cı ilin fevralından həmin lin martına kimi Azəriqaz Təhcizatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri işləmişdir.1996-cı ilin mart ayından 2006-cı ilin sentyabr ayına kimi Kəlbəcər rayonu İcra hakimiyyətinin başçısı işləmişdir. yanvar 2007-ci ildən fevral 2008-ci ilə kimi Binəqədi Qaz İstismar idarəsində rəis müavini işəmişdir.[1]

Ailəlidir. 2 övladı var.

İstinadlar