Samitlərin səslənməsi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Danışıq səslərinin fərqli xüsusiyyətlərinə görə iki növə bölünür:sait səslər və samit səslər. Sait səslər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Samit səslərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur. Dilimizdə 25 samit səs var ki,onlar yazıda 23 hərflə ifadə olunur. Samit hərflər:[b];[c];[ç];[d];[f][g];[ğ];[h];[x];[j];[k];[q];[l];[m];[n];[p];[r];[s];[ş];[t];[v];[y];[z]. Samitlər səs tellərinin iştirakına görə iki növə bölünür: 1. Cingiltili samitlər 2. Kar samitlər

Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir. Cingiltili samitlərin tələffüzündə isə səs telləri də iştirak edir və onlar küydən və avazdan ibarət olur. Dilimizdəki cingili və kar samitlərin çoxu cütlük təşkil edir.

İstinadlar