Saplaqlı bulaqotu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Hündürlüyü 40 sm-ə qədər, gövdəsi kök hissədən başlayaraq çoxsaylı olub, əyilib qalxandır, yaşıl rəngli, bəzən iki cərgəli qısa qıvrım tüklü olan çoxillik ot bitkisidir.[1]

Yarpaq

Yarpaqları qarşı-qarşıya düzülmüşdür, qısa saplaqlıdır, yumurtaşəkilli,nadir halda uzunsovdur, iri dişli və yaxud kəsilmiş şəkildədir, uzunluğu 1,5-3 (4) sm-dir,hər iki tərəfdən, əsasən alt tərəfdən tüklüdür.

Çiçək

Salxımları qoltuqda yerləşmiş,uzuntəhərdir. Tac ağımtıl olub, qırmızımtıl və ya tutqun mavi rəngli damarı vardır.

Meyvə

Qutucuq 4-5 mm uzunluqdadır, qısa tüklü və ya çılpaqdır, köndələn-ovaldır, az yumulmuş, demək olar ki, bitişikdir, kasacığa bərabər və ya ondan qısadır. Toxumları hər yuvada 2-3 ədəd olmaqla yerləşmiş,yumurtaşəkillidir, uzunluğu 1,5 mm-dir.

Çiçəkləməsi

May-İyul (Avqust)

Meyvə verməsi

İyun-Avqust

Azərbaycanda yayılması

BQ (Quba), BQşərq, BQ qərb, KQ şimal (nadir halda). Orta dağ qurşağında, subalp qurşağına qədər(1800 m-ə qədər d.s.y.)

Yaşayış mühiti

Meşələrdə və kolluqlarda,subalp çəmənlərində, çaqıl daşlı çay yataqlarında, qayalarda və daşlı töküntülü yerlərdə rast gəlinir.

İstinadlar

  1. Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016