Sayqak

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Sayqak
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Sayqak
Beynəlxalq elmi adı

Sayqak[3] (lat. Saiga tatarica) – Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya və Monqolustanda yaşayan cütdırnaqlı bir heyvandır. Hal hazırda iki yarımnövü mövcuddur – əsl sayqak (lat. Saiga tatarica tatarica) və monqol sayqakı (lat. Saiga tatarica mongolica).

Görünüşü

Məhv olma həddindədir. Bədənin uzunluğu 110–116 sm. Peysərdə hündürlüyü 60–67 sm. Quyruğun uzunluğu 8 sm. Gövdəsi uzunsovdur. Əzaları qısa, incədir. Boynu yoğundur. Başı qeyri mütənasib iridir. Ön tərəfdən üz hissəsi, ağzının üstündə, hərəkətli xortumvari şiş kimidir. Qulaqları qısa və yumruvaridir. Buynuzlar ancaq erkəklərdə olur. Onların uzunluğu 22 sm. qədərdir. Liravari buynuzları demək olar ki şaqulidir. Yayda tük örtüyü alçaqdır, nisbətən seyrəkdir, qumvari-bozdur. Quyruqyanı güzgüsü yoxdur. Qışda tük örtüyü daha hündür və sıxdır, çox açıq, boz-palıdı rəngdədir.

Areal

İki təcrid olunmuş sahədə yayılmışdılar: Monqol Altayından cənubda, Baytaq-Boqdo zirvəsi yanında və Monqol Altayından şimalda Böyük göllər çalasında. Hal-hazırda ancaq ancaq Monqol Altayından şimalda Şarqın Qobi səhrasında qalıb. Areal 4–5 min km².-i keçmir.

Qidalanması

Düzənlikdə yaşayırlar, səhrada və yarımsəhralarda. Təklikdə yaxud kiçik qruplarda qalırlar. Yayda səhər və axşamlar fəaldırlar, qışda günboyu. Əsasən otla, efemerlərlə, buğdalarla qidalanırlar.

Cütləşmə və laktasiya

Cütləşmə vaxtı noyabrın sonlarına -dekabrın sonlarına təsadüf edir. Bu vaxt erkək bir neçə dişi ilə birgə olur. Boğazlıq vaxtı 5 aydır. Dişi 1–2 bala gətirir.

Sayı

Sayları 1984-cü ildə 100–150 başı keçmirdi. Monqol sayqakının sayının azalması brakonyerliklə və otlaqlarının ev heyvanlarının sürüləri tərəfindən tutulması ilə əlaqədardır. Qanunla qorunurlar.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Azərbaycan dilinin orfoqrafiya lüğəti (az.). Elm nəşriyyatı. 2021. səh. 549. ISBN 978-9952-523-37-9. sayqak (zool.)

Mənbə

  • В.Е Соколов. Редкие и исчезающие животные. Млекопитающие. Москва "Высшая школа" 1986 səh. 464

Xarici keçidlər