Serb Respublikasında macarlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Serb Respublikasında macarlar (serb. Мађари у Републици Српској, mac. Magyarok a Szerb Köztársaság) — Serb Respublikası ərazisində yaşayan və işləyən macar əsilli əhali. Serb Respublikasında 12 milli azlıq siyahısına daxil edilmişdir. Onların hüquqları Serb Respublikası Milli Azlıqlar Soveti tərəfindən qorunur. Ümumilikdə 2013-cü il siyahııya alınmasına görə Serb Respublikası ərazisində 116 macar yaşayır.[1].

Tarixi

Serblər və macarlar arasında ativ əlaqələr XIII əsrdən yaranmışdır. Bosniya Krallığı və Macar Krallığı birləşdikdən sonra bu əlaqələr güçlənmişdir. Bu əlaqələr Bosniya və Serbiyanın Osmanlı imperiyası tərəfindən işğal edildikdən sonra kəsilmişdir. 1878-ci ildə Avstriya-Macarıstan tərəfindən işğal edildikdən sonra Bosniya ərazisinə çoxlu sayda macar köçmüşdür. Bukovinadan gələn macarlar aktiv şəkildə 1900 - 1910-cü illər ərzində köçmüşlər. Bütün köçkünləri serblər «kuferaşi» adlandırırlar. Macarlar arasında istər sahibkarlar istərsə kəndli üstünlük təşkil edir. Prnyavore yaşayan macarlar əsasən bağçılıq və şərabçılıq sahəsində çalışırdılar.

Hazırda macar köçkünlərinin izlərinə rast gəlmək olduqca cətindir. Macarlar qısa zaman ərzində yerli xalqlar tərəfindən asimilliyasiya edilmişdir. Arxiv məlumatlarının məlumatına görə Bosniya və Herseqovina ərazisində 1921-ci ildə 2577 macar yaşayırdı. Yuqoslaviya azadlıq müharibəsi zamanı macarların böyük qismi Bosniya və Herseqovina ərazisini tərk etməli olmuşlar. Vuçyak kəndi tamamən boşalmışdı. Onlar bölgəyə XX əsrin əvvəllərində gəlmişdir. Serb Respublikası müasir macar sakinləri Voevodinadan gələnlər idi. Onların çoxu Banya-Luke və Sarayevo şəhərlərində yaşayırlar. Banya-Luke rəsmi mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bu cəmiyyətin hədəfi macar dilini və mədəniyyətinin qorunmasıdır[2].

Din

Serb Respublikası ərazisində yaşayan macarlar əsasən katolik məzhəbinə aiddir. Ancaq aralarında protestan olanda vardır.

Cəmiyyət

Serb Respublikası ərazisində ən böyük macar cəmiyyəti «Madyar Co» adlanır. Cəmiyyət Banya-Lukedə 2003-cü ildə təşkil edilmişdir. Cəmiyyətin 70 üzvü vardır. Macarlar əsasən Banya-Luke, Priedore, Prnyavore və Qradişke[3] şəhərində yaşayır.

Tanınmış nümayəndələri

  • Saşa Miçin, Serb Respublikasının üçüncü çağırış Veçe deleqatı.

Ədəbiyyat

  • Вијеће националних мањина БиХ. "Националне мањине у БиХ". Извјештај. 2015.

Mənbə

  1. "Резултати Пописа 2013, Етничка/национална припадност, вјероисповијест, матерњи језик". Републички завод за статистику. 2017-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22. 3. 2017.
  2. "Мађари; О нама". Савез националних мањина Републике Српске. 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6. 4. 2017.
  3. "Италијани; Вјерски објекти". Мањине.ба. 2017-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6. 4. 2017.