Serb Respublikasında nəqliyyat

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Serb Respublikasında nəqliyyat Serb Respublikasında nəqliyyat və rabitə nazirliyinin balansında olan sahə. Bu sahəyə Serb Respublikasının telekamunikasiya və nəqliyyat infrastrukturu daxildir[1]. Nəqliyyat sisteminə avtomobil və dəmiryolları, dəmiyyol stansiyaları, hava limanları, dəniz yolları və limanları daxildir. Telekamunikasiya sisteminə isə telefon, teleqraf, optik xətlər və s daxildir. Ölkənin nəqliyyat infrastrukturu Serb Respublikası Dəmiryolları, Serb Respublikası Poçtu və Serb Respublikası Avtomovil yolları təşkilatlarında birləşir.

Dəmiryol nəqliyyatı

Dəmiryollarının ümumi uzunluğu 425 km təşkil edir. Dəmiryollarının idarə edilməsi Serb Respublikası Dəmiryolları tərəfindən təşkil edilir. İl ərzində dəmir yolu ilə 1 mln sərnişin və 6 mln t yük daşınır. Serb Respublikası Dəmiryolları idarəsinin balansında 65 sərnişin və 8 yük qatarı vardı. Beynəlxalq kodu — 0044. Əsas dəmiy yolları:

  • Doboy — Kostaynisa — Banya-Luka — Omarska — Priedor — Novi-Qrad
  • Blatna — Novi-Qrad — Dobrlin.
  • Doboy — Modrisa — Şamas
  • Brçko — Brçko
  • Doboy — Zvornik
  • Bielina — Sremska-Raça
  • Yablanisa — Ştrbski

Avtomobil yolları

Serb Respublikası hökuməti 2010-х — 2020-х illər ərzində 430 km yolun inşası planlaşdırılır. Bunun üçün 3 mld dollar ayrılacağı planlaşdırılır.

İnşa edilən yollar
  • Qradişka — Banya-Luka[2] Çatrnya — Berek — Krnete — Maxovlyani — Laktaşi — Klaşnise — Qlamoçani.
İnşası davam edən yollar
  • Banya-Luka — Doboy: Maxovlyani — Pryavor — Yoxovas.
Planlaşdırılan
  • Doboy — Yakeş
  • Qlamoçani — Mlinişta

Hava nəqliyyatı

Əvvəllər respublikanın hava nəqliyyatı əlaqəsi Air Sprska vastəsi ilə təmin edilirdi. 2007-ci ildən isə bu işi Sky Srpska[3] şirkəti tərəfindən həyata keçirilir. Ən böyük hava limanı Banya-Luka hava limanıdır. Planlarda Trebine hava limanının inşası planlaşdırılır.[4].

Su nəqliyyatı

Serb Respublikasında 204 km çay su nəqliyyatı vardır. Ən iri çay limsnları: Brçkodakı Kapetaniya, Qradişko və Rafineriya-Brod. Naviqasiyaya yararlı çayları Sava (beynəlxalq nəqliyyat əhəmiyyətli), Una, DrinaBosna çayı (bir hissəsi naviqasiyaya yararlı). Srbas — Bielina — Srnelovo bərə xətti fəaliyyət göstərir.

Poçt

Serb Respublikasının poçt bölmələri[5]

Serb Respublikasının Poçtu idarəsi 9 vilayəti özünfə birləşdirir.

İstinadlar

Mənbə