Seyran Şiriyev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Seyran Şiriyev

Seyran Qəzənfər oğlu Şiriyev (təxəllüs Emin Seyran) , ( 15 mart 1944 - 23 may 2013) - Azərbaycanlı şair, yazıçı, ziyalılar klubunun sədri.

Həyatı

Emin Seyran 15 mart 1944-cü ildə Astara şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-azərbaycan dilləri fakültəsini fərqlənmə diplomu ilə bitirərək bir müddət Astara şəhər internat məktəbində tərbiyəçi-müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1975- ci ildən 2000-ci illərə qədər , 25 ildən çox Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Emin Seyran həmdə gözəl ailə başçısı olub. 4 övlad, 6 nəvəsi var.

İstedadlı şair, ziyalı Seyran Şiriyev 23 may 2013-cü ildə vəfat etmişdir.

Yaradıcılığı

  • 1987-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən "Təsəlli" adlı şeirlər kitabı çap edilmişdir.
  • 1995-ci ildə respublikada keçirilən "Şəhriyar-90" müsabiqəsində onun "Astaraçay" şeiri Şəhriyar mükafatına layiq görülmüşdür.
  • O həmdə ingilis dilli xalqların seçmə ədəbiyyat nümunələrinin orijinaldan mahir tərcüməçisidir. Cek Londonun dünya şöhrətli məşhur "Əcdadların harayı" povesti 1991- ci ildə ilk dəfə olaraq onun nəfis tərcüməsində Azərbaycan oxucularına çatdırılmışdır.Həmin əsər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli sərancamına müvafiq olaraq 2005-ci ildə "Dünya ədəbiyyatı" silsiləsindən Cek Londonun "Seçilmiş əsərləri" kitabında latın qrafikası ilə təkrarən çap olunmuşdur.
  • Emin Seyran tez-tez respublika mətbuatında pedaqoji-metodiki və publisist yazılarla da çıxış edib. O, xalq maarifi əlaçısı və ali kateqoriyalı müəllim olub. 1999-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülmüşdür. O, 2003-cü ildə respublika pedaqoji mühazirələrində birinci yer tutmuşdur.
  • 1996-cı ildə Azərbaycan milli televiziyası ilə onun həyat və yaradıcılığına həsr olunmuş televiziya filmi nümayiş etdirilmişdir.
  • Astara rayon "Ziyalılar klubu"nun sədri kimi o, mədəni-kütləvi tədbirlərin yüksək səviyyədə təşkilində və keçirilməsində böyük fəallıq göstərib.