Sifatilik

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

SifatilikQurana və hədislərə əsaslanaraq Allahın bilik, qüdrət, dirilik, idarə, eşitmə, görmə, danışma və bir sıra digər əzəli atributlara malik olduğunu iddia edən dini-fəlsəfi təlimdir. Müxtəlif firqələrə bölünən sifatilərin bəziləri Allahı insana bənzədir, maddiləşdirirdilər. Kərramilik firqəsinin başçısı göstərirdi ki, Allah cisimdir, onun həddi və sonu vardır. Sifatiliyin tərəfdarlarının fikrincə Quran Allahın kəlamıdır, o, yaradılmışdır. Onun işarələri də, hərfləri də, sözləri də əzəlidir, qədimdir.[1]

İstinadlar

  1. Fəlsəfə, Bakı, ""Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi", 1997, səh. 376