Stefanos Evangelu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Stefanos Evangelu
Ümumi məlumatlar
Doğum tarixi 12 may 1998(1998-05-12)[1][2] (26 yaş)
Doğum yeri
Çəkisi 75 kq
Mövqeyi yarımmüdafiəçi

Stefanos Evangelu (yun. Στέφανος Ευαγγέλου; 12 may 1998[1][2], Afina[3]) — Yunanıstan futbolçusu, Moldova Milli Diviziyasında çıxış edən "Şerif" FK-nın müdafiəçisi.

Karyera

Stefanos Evangelou "Panatinaikos"un yetirməsidir. O, 2016/17 mövsümündə əsas komanda ilə məşqlərə başlamışdır. Evangelou 15 yanvar 2017-ci ildə Yunanıstan çempionatında "AEK" ilə qarşılaşmada debüt etmiş, start heyətində meydana çıxmış və bütün matçı meydanda keçirmişdir.[4] Ümumilikdə debüt mövsümündə 8 görüş keçirib, onlardan yeddisində start heyətdə yer alıb.

Evangelu 2018-ci ilin may ayında Yunanıstanın digər klubu "Olimpiakos"la müqavilə imzalamışdır.[5]

Evangelu Yunanıstanın müxtəlif yaşlarda gənclər yığmalarının oyunçusu olmuşdur. O , 2015-ci ildə 17 yaşadək futbolçular arasında Avropa çempionatında iştirak etmişdir.

İstinadlar

  1. 1 2 Stefanos Evangelou // Transfermarkt (çd.). 2000.
  2. 1 2 Stefanos Evangelou // As (isp.). Madrid: Grupo Prisa, 1967. ISSN 1888-6671
  3. 1 2 90minut.pl (pol.). 2003.
  4. "Panathinaikos - AEK Athens" (ingilis). İstifadə tarixi: 18 августа 2017.[ölü keçid]
  5. "Olympiacos to sign hot prospect Stefanos Evangelou from Panathinaikos" (ingilis). 2018-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 августа 2017.