Su eroziyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Su eroziyası - adətən torpağın bütöv bitki örtüyü ilə mühafizə olunduğu landşaft zonalarında müşahidə olunur.[1]

Azərbaycanda su eroziyası

Respublikamızda su eroziyası dağlıq regionda daha çox yayılmışdır. Burada erzoiyanın güclü getməsinin əsas səbəbləri dik yamaclarda meşələrin qırılması və eroziyaya qarşı aqrotexniki tədbirləri həyata keçirməkdən yamacların şumlanması, dağ-çəmən zonasında isə çim qatının dağıdılmasıdır. Belə sahələrdə, yağış suları torpağa hopa bilmədiyindən səthi su axımı əmələ gətirir və torpağı yuyub aparır, bir çox hallarda isə qobu yarğanların əmələ gəlməsinə səbəb olur. Bu isə çay hövzələrində su rejiminin pozulması və sellərin baş verməsinə gətirib, çıxarır. Bu cür arzuolunmaz hala demək olar ki, respublikamızın bütün dağlıq regionlarında rast gəlmək mümkündür. Böyük Qafqaz dağlarının şərq qurtaracağında axan çayların hövzələrində meşələrin yaxşı mühafizə olunmaması ilə əlaqədar olaraq eroziya prosesi intensiv inkişaf edir.

Xarici keçid

Həmçinin bax

İstinad

  1. Məmmədov Q.Ş., Xəlilov M.Y. Ekologiya və ətraf mühit Bakı 2004