Təmizləmə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Təmizləmə

Təmizləmə – çirkləndiriciləri kənar etmək məqsədilə aparılan texnoloji proseslər.[1]

Təmizləmə növləri

Biokimyəvi təmizləmə

Çirkab suların təmizləmə xüsusi bakteriya, ibtidailər və bəzi ali bitkilərin köməyilə aparılır.

Hidro – qum – şırnaq təmizləmə

Metal məmulatları və tikinti materiallarının səthi xüsusi cihazla sulu kvars qumunu sıxılmış havanın şırnaqla verilməsi ilə aparılır.

Qravitasiya t əmizləmə

Çökdürmə yolu ilə tozların tutulması.

Turşu təmizləmə

Neft məhsulları bu üsulla təmizlənir.

Yaş təmizləmə

Qazların maye ilə təmasda olarkən bu üsuldan istifadə olunur.

Yaşayış yerlərinin təmizləmə

Yaşayış yerlərində toplanan tullantıların yığılması, daşınması və zərərsizləşdirilməsi üzrə görülən kompleks tədbirlər.

Qum – şırnaq təmizləmə

Metal məmulatları və tikinti obyektlərinin səthi xüsusi cihazla sıxılmış havanı şırnaqla verməklə təmizlənir.

Neft məhsullarının sulfat turşusu ilə təmizləmə

Neft məhsullarının və yağ fraksiyalarının kükürd birləşmələrindən, asfalt-qatran maddələrindən sulfat turşusu ilə təmizlənməsi.

Termik təmizləmə

Oksigen-asetilen lampasının alovu ilə metalların səthinin təmizlənməsi.

Kimyəvi Təmizləmə

Metalların səthinin (əsasən pasdan) turşu əsasında karroziya inqibitorlar əlavə edilməklə xüsusi tərkiblə təmizlənməsi.

Qələvi təmizləmə (neft məhsullarının)

Qələvinin köməyi ilə açıq neft məhsullarının kükürd birləşmələrindən təmizlənməsi və onların turş komponentlərini neytrallaşdırmaq.

Elektrik təmizləmə (qazların)

Elektrostatik gücün təsirilə tozların tutulması.

Xarici keçid

Həmçinin bax

İstinadlar

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008