Tektoniki fəallaşma sahələri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Tektoniki fəallaşma sahələri – zəlzələ, uçqun və sürüşmələr tipli neotektoniki hadisələrlə müşayət olunur. Həmin sahələr üçün aşınma və denudasiya hadisələri də səciyyəvidir. Oksidləşmə şəraiti yaradan kimyəvi elementlər və birləşmələr – sərbəst O ilə yanaşı S, Fe və s. elementlərin kimyəvi fəallığı yüksəlir. Qələvi və qələvi-torpaq metallar, habelə halogenlər aqressivlik göstərir. Tektonik fəallığın yüksəldiyi sahələrdəki geokimyəvi mühitdə yaranan torpaqlar və sularda K, Fe və S elementlərii ilə zənginləşmə baş verir. Tektoniki oreollar öz mahiyyətinə görə həm də diffuziya oreolları hesab oluna bilər. Tektoniki oreollarda Fe, C, S və s. elementlərinin zənginliyi diffuziya qabiliyyətini nümayiş etdirir. Səth və yeraltı sularda orta temperaturdan yüksək göstəricilər müşahidə edilir.[1]

İstinadlar

  1. H.L.Mustafabəyli. Geokimya terminlərinin izahlı lüğəti (azərb.). Şəki: Kaskad. 2017. səh. 160. ISBN 978-9952-8330-0-3. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-17.