Tilli daşdələn

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Tilli daşdələn
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Tilli daşdələn
Beynəlxalq elmi adı

Tilli daşdələn — (lat. Saxifraga cymbalaria)

Qısa morfoloji təsviri

Birillik bitkidir. Gövdəsi zəif, budaqlı, qalxan və ya əsasən sərilən, uzunluğu 30 sm qədər, demək olar ki, çılpaq bitkidir. Yarpaqları uzunsaplaqlı, yuvarlaq-böyrəkvari, əsası ürəkvari, qıraqları 3–11 dişli, qısa codtüklü, üstü yaşıl, altı solğun qonur rəngdə, yuxardakı yarpaqları daha xırdadır. Çiçəkləri nazik 20–35 mm uzunluqda çiçəksaplağı üstündə yerləşərək, azçiçəkli çiçəkqrupunda yığılmışlar. Kasacığı demək olar, əsasına kimi 2 mm uzunluqda yumurtavari-üçkünc və ya uzunsov-küttəhəri hissələrə yarılmışdır. Ləçəkləri (3) 4–5 (6) mm uzunluqda, uzunsov-ellipsvari, çox qısa dırnaqcıqlı, sarı (qurudulanda çəhrayı) rəngdədir. Qutucuğü 4 mm uzunluqda, ovalvaridir. Toxumları iri, kürəvari, xırda qabarıqlıdır.[2]

Yayılması

BQ qərbi rayonlarında aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi yayıılmışdır. Meşələrdə, subalp çəmənələrində, qayaların kölgəsində, bulaqların ətrafında bitir.[3]

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 405.
  2. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva, Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  3. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950–1961, Т. I–VIII.