Torpağın turşuluğu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Torpağın mübadilə turşuluğu – neytral duzların yəni qüvvətli turşularla qüvvətli əsasların birləşmələrindən əmələgələn duzların (NaCl, KCl) məhlullarının təsiri ilə uducu kompleksdən hidrogenin çıxarılması nəticəsində əmələ gələn turşuluqdur[1].

Hidrogen mübadilə

Uducu kompleksdə hidrogen olan torpaqlara neytral duzlarla təsir etdikdə, onların kationlarda hidrogen mübadilə olur. Sonradan hidrogen KCl-un anion hissəsi ilə (xlorla) birləşib, turşu (HCl-u) əmələ gətirir. Bu turşuluq mübadilə reaksiyası nəticəsində əmələ gəldiyinə görə, bu növ turşuluğa mübadilə turşuluğu deyilir.

Xarici keçid

Həmçinin bax

İstinad

  1. Quliyev İ.Ə. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası Bakı, 2014