Torpağın yaşı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Torpağın yaşı

Torpaqəmələgəlmə prosesi zaman daxilində baş verir. Torpaqların mütləq və nisbi yaşı anlayışları bir-birindən fərqləndirilir.

Mütləq yaş – torpağın yarandığı vaxtdan indiki zamana kimi keçmiş müddətdir. Mütləq yaş bir neçə illə milyon il arasında tərəddüd edir. Ən böyük mütləq yaş kəskin dəyişikliklərə (su eroziyası, deflyasiya və s.) məruz qalmamış tropik ərazilərin torpaqlarına məxsusdur.

Nisbi yaş – torpaqəmələgəlmə prosesinin sürətini, torpağın bir inkişaf fazasının digəri ilə əvəz edilməsinin tezliyini səciyyələndirir. O, süxurun tərkib və xassələrinin, relyef şəraitinin torpaqəmələgəlmə prosesinin sürət və istiqamətinə təsiri ilə bağlıdır.[1]

Həmçinin bax

Torpaq

Xarici keçidlər

İstinadlar

  1. Qərib Məmmədov, Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı – "Elm" – 2007