Turizm məhsulu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Turizm məhsulu - səyahət zamanı turistin tələbatının ödənilməsi üçün lazım olan maddi istehlak malları və qeyri-maddi (xidmət formasında) istehlak dəyərinin toplusudur[1].

Növləri

Bütövlük (tamlıq) - məhsulun tam olması və müştəri tələbatlarını tam ödəməsi

Effektlilik - turistin az xərclə, yüksək effekt əldə etməsi

Etibarlılıq - məhsulun tərkibinin reklamla uyğunluğu, keyfiyyətin informasiya ilə təsdiq olunması

Aşkarlıq - məhsulun istehlakçı və onun yönümü həm turistə, həm də xidmət personalına aydın olmalıdır.

Çeviklik - məhsulun və xidmət sisteminin başqa tip istehlakçıya uyğunlaşması

Qonaqpərvərlik - insanlarla görüşdən məmnunluq hissini onlara aşılamaq bacarığı, təvazökarlıq, hörmət, personalın gülərüzlüyü, qonaqlara və turistlərə səmimi münasibətindən ibarətdir.

Xidmət tədarükçüləri

Turun təşkili zamanı turistlərə göstərilən kompleks xidmətdə iştirak edən bütün müəssisətəşkilatlar - xidmət tədarükçüləri adlanır. Turizm firması bu tədarükçülərlə öz münasibətlərini müqavilə əsasında qurur.

Xarici keçid

Həmçinin bax

İstinad

  1. Sabir Rəhimov Turizm-ekskursiya işinin təşkili Bakı 2004