Uraninit

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Uraninit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
UO₂[1]
Strunz təsnifatı IV/D.16b[2]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya kubik sinqoniya[3]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uraninit — mineral, UO2. Adətən U4+ bir qismi U6+-dək oksidləşir. Daima radiogen Pb qatışığı, çox vaxt Th və TR qatışığı olur. Uraninit Pb miqdarına görə mineralın izotop yaşı təyin edilir. Kubik. Kristal­ları: kublar, oktaedrlər və ya onların kombinasiyaları. Aqreqat: möhtəvilər, böyrəkvari (qatran U-filizi). Qatranı-qara, yaşımtıl-qara. Parıltı qatranı, yarımmetallik. Sərtliyi 5-6. Xüsusi çəki U4+-un U6+ oksidləşəndə azalır. Kristalların xüsusi çəki 8-10, kollomorf növlərinin - 6,5-8,5. Yüksək dərəcədə radioaktivdir. Peqmatitlərdə, Co, Ni, Bi, Ag, As daşıyan hidrotermal damarlarda. Növ müxtəlifliyi: kleveit, nivenit, bregerit.

İstinadlar

Mənbə

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər