Urusovo (Mordoviya)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Urusovo
55°01′48″ şm. e. 46°15′36″ ş. u.
Ölkə
Rəqəmsal identifikatorlar
Poçt indeksi 431873
Xəritəni göstər/gizlə
Urusovo xəritədə
Urusovo
Urusovo

Urusovo (erz. Орозбие[1]) — Rusiya Federasiyası, Mordoviya Respublikası, Ardatov rayonu ərazisində yerləşən kənd.

Coğrafiya

Kənd Muravlekke çayı sahilində, rayon mərkəzindən 26 km aralıda yerləşir. Ardatov dəmiryolu stansiyası ilə arasında məsafə isə 36 km-dir.

Adı

Ad bir antroponimdir. Xristianlığı qəbul edənə qədər mordoviyalılar arasında geniş yayılmış "Urus" ( Oroz ) adı ilə əlaqədardır.

Tarixi

1624-ci ildə Alatır qəzası ərazisində, Novorleyski təpəsində, İvanovo kəndi olaraq qeyd edilir. 1671-ci ildə isə Urusovo kimi qeyd edilmişdir. 1863-cü ilə aid Simbirsk vilayətinin yaşayış məntəqələrinin siyahısında Urusovoda 154 həyət qeydə alınır. Bu dövrdə kənddə 1.357 nəfər yaşayırdı. Kənd ərazisində əsasən çəkməçilik sənayesi olduqca yaxşı inkişaf etmişdir. 1913-cü ilin siyahıya alınmasına görə 271 həyət qeydə alınır. Kəndin ümumi əhalisi isə 2 430 nəfər təşkil etmişdir. Kənddə dini məktəb fəaliyyət göstərmişdir. 1931-ci il siyahıya alınmasına görə isə kəndə 2 284 nəfər qeydə alınır (391 həyət). 1930-cu ildə kənddə Kuybişev adına kolxoz təşkil edilmişdir. 1958-ci ildə kolxozun adı «İnqilab dalğası» (rus. Волна революции), 1991-ci ildən isə «Urusovski» olaraq adlandırılmışdır.

İnfrastruktur

Müasir dövrdə kənddə orta məktəb, tarix-diyarşunaslıq muzeyi, kitabxana, mədəniyyət evi, tibb məntəqəsi, rabitə qovşağı, mağazalar, çörək bişirilən müəsissə, Mixail Arxangel kilsəsi (2000) fəaliyyət göstərir.

Tanınmış şəxsləri

  • Dmitri Voskerenski — Stalin represiyasının qurbanı
  • İ. S. Koteşkin — Şöhrət ordeni sahibi.
  • Motorkinan Tatyana
  • Y. V. Kostin — farmakoloq
  • V. S. Borisov — texniki elmlər namizədi
  • M. V. Saldayev — rəssam
  • А. D. Dyorov — yerli tarixçi

Əhalisi

2001-ci Ümumrusiya siyahıya alınmasına kənddə 970 nəfər yaşamışdır. Əhalinin hamısı erzyan əsilli olmuşdur. 2016-cı il məlumatına görə isə kənddə 700 nəfər yaşayır.

İstinadlar

  1. ["Многоликая Мордовия: село Урусово (rus.)". 2015-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-15. Многоликая Мордовия: село Урусово (rus.)]

Ədəbiyyat

  • Гераклитов А. А. Алатырская мордва. — Саранск, 1938.
  • Мордва. — Саранск, 1995.